Kataloniya rəhbəri Karles Puçdemon parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb.
Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Karles Puçdemon bu barədə Kataloniya parlamenti qarşısında çıxışı zamanı bildirib.
K.Puçdemon, razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd edib.
"Razılaşdırılmış danışıqlara nail olmağa kömək edəcək dialoqun başlanılması üçün parlamentə müstəqillik haqqında bəyannamənin qüvvəyə minməsini təxirə salmağı təklif edirik,, - deyə Puçdemon qeyd edib.
Bununla belə o vurğulayıb ki, səsvermənin nəticələri regionun müstəqil respublika olmasına haqq qazandırıb. Onun sözlərinə görə, Madrid Barselona ilə danışıqlar zamanı referendumun nəticələrini nəzərə almalıdır.
"Milyonlarla vətəndaş hesab edir ki, Kataloniyanın dövlət elan edilməsi bölgənin özünüidarəetməsinin qorunub saxlanılması üçün yeganə yoldur, - deyə Puçdemon qeyd edib.