Qida Təhlükəsizliyi Agentliyinin sədr müavinləri hər həftənin çərşənbə, cümə axşamı və cümə günləri Agentliyin inzibati binasında sahibkarları qəbul edəcəklər.
Bu barədə "Unikal"a AQTA-dan məlmat verilib.
Bildirilir ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər heyvan və bitki sağlamlığı, qida zəncirinə nəzarət, qeydiyyat, idxal-ixrac məsələləri ilə bağlı qəbula yazıla bilərlər.
Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtuna müraciət edə və ya +994 70 405 01 85 nömrəsinə zəng edə, həmçinin vatsap üzərindən əlaqə saxlaya bilərlər.
№ |
Sədr müavinləri |
Mövzu |
Həftənin günləri |
Saat |
|
Balarəhim Quliyev |
Heyvan və bitki sağlamlığı, qida zəncirinə nəzarət məsələləri |
Çərşənbə |
16:00-18:00 |
|
Zəkiyyə Mustafayeva |
Qeydiyyat məsələləri |
Cümə axşamı |
16:00-18:00 |
|
Əziz Şərifov |
İdxal və ixraca nəzarət məsələləri |
Cümə |
16:00-18:00 |