İngiltərədə məhkəmə ərinin başına ət çəkici ilə zərbələr endirmiş 70 yaşlı pensiyaçını məhkum edib.
Lynda Holmes 78 yaşlı əri Gordonu porno videoya tamaşa edərkən "tutub" və o qədər qəzəblənib ki, onun başına ət çəkici ilə bir neçə dəfə ağır zərbə endirib.
"Mən onu pornoya baxan yerdə tutmuşam. Videonu gizlətməyə çalışırdı. Mən onu iş başında yaxaladım. Onu öldürmək istəyirdim - deyib qadın polisə, - Mən ömrümün on ilini geri istəyirəm. O, son on ildə mənə barmağı ilə də toxunmayıb. Cin təpəmə vurmuşdu".
Unikal.org BBC-yə istinadən bildirir ki, qadının əri zərbələrdən ciddi xəsarət alsa da, küçəyə qaçmış, qonşulara arvadının "dəli olduğunu" demişdi.
Prokuror bildirib ki, ər-arvadın seksual həyatında bir xeyli müddət əvvəl pozulma baş verib və bu, ailədə gərginlik yaradıb.
Dövlət ittihamçısı deyib ki, arvadı məsələni bir müddət əvvəl duymuşdu və martın 16-da yataq otağına gələndə əlində artıq çəkic vardı.
Vəkil Rachel Woods qadını müadafiə edərək hadisəni "dəlilik anı" adlandırıb.
Vəkil bunu da deyib ki, əri, xanım Holmes-u 15 yaşından sevib və onlar beş il sonra evləniblər və 50 ildir ki, bir yerdədirlər.
"Əgər onların ünsiyyətinə icazə verilsəydi, indi "qızıl toylarını" qeyd edərdilər" - deyib müdafiə tərəfi.
Deyəsən, vəkilin sözləri hakimi yumşaldıb. O, qısqanc missis Holmes-a on ay şərti cəza kəsib.