Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gülməmmədov Ruslan Rafiq oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org-un report-a istinadən məlumatına görə, məhkəmənin hökmü ilə R.Gülməmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin iyun ayının 19-da Tovuz rayonunda, Əsrik çayının rayonun Aşağ Quşçu kəndi ərazisindən keçən hissəsində kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədovanın meyiti aşkarlanıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, G.Gülməmmədovanı onun qardaşı, Aşağı Quşçu kənd sakini, 1994-cu il təvəllüdlü R.Gülməmmədov bıçaqlayaraq, qətlə yetirib. Faktla bağlı R.Gülməmmədov saxlanılıb.
Onun hadisəni qısqanclıq zəminində törətdiyi məlum olub.
R.Gülməmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.