Son günlər mətbuatda Azərbaycanda dərsliklərlə bağlı ciddi problemlər ortaya çıxır və müzakirə olunmaqdadır. Analoji problem 4-ci sinif Azərbaycan dili dərsliyində də mövcuddur.
Unikal.org-un araşdırmasına görə, 4-ci sinif Azərbaycan dili dərsliyinin 41-ci səhifəsinin "düşün və cavab ver bölümündə ciddi yanlışlığa yol verilib.
Belə ki, dəsrlikdə tapşırıq mətni əks istiqamətdə yazılıb və təbii ki, bu da məktəblilərin çaşqınlığına səbəb olur. Məktəblilər kitabı baş-ayaq oxumağa məcburdurlar.
Həmin faktı görüntü ilə sizlərə təqdim edirik.
Qeyd edək ki, "Azərbaycan tarixi və "Ümumi tarix fənləri üzrə X sinif dərsliyində xəritə yanlışlığı ilə bağlı mətbuatda və sosial şəbəkədə müzakirələr davam edir. Hadisə ilə bağlı Təhsil Nazirliyi sərt tənqid olunur.