Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası akademiyanın Coğrafiya İnstitutunun maqnit qasırğaları ilə bağlı açıqlama verməsini düzgün hesab etməyib.

Unikal.org xəbər verir ki, bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

"Coğrafiya İnstitutunun belə işlərə qarışması tamamilə yersizdir. Çünki bu, sırf astrofiziki prosesdir. Ümumiyyətlə, 3 gündən artıq verilən proqnozlar çox çətinliklə özünü doğruldur. Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır".

Qeyd edək ki, Coğrafiya İnstitutu maqnit qasırğasının oktyabrın 24-27-də yenidən baş verəcəyini qeyd edib.