Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi baş verib.
Unikal.org report.az-a istinadən bildirir ki, 1982-ci il təvəllüdlü Süleymanova Əntiqə Abdulla qızı qısqanclıq zəminində qardaşı tərəfindən tüfənglə güllələnərək qətlə yetirilib.
Qadın göz və alın nahiyələrindən güllə yarası alıb.
Hadisəni törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.