18-19 oktyabr 2017-ci il tarixində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə Avropa ermənilərinin 4-cü "konqresi keçirilib.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, konqres çərçivəsində Avropa Parlamentinin binasında keçirilən sessiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın ərazisi Dağlıq Qarabağda yaradılan qondarma rejim "nümayəndələrinin iştirakı ilə təxribat törədilməsi nəzərdə tutulurdu.
İşğalçı rejimin "başçısı Bako Saakyanın əlaltıları ilə Brüsselə gəlməsinə və "konqresdə iştirak etmək cəhdlərinə baxmayaraq, atılan addımlar nəticəsində qondarma rejim "nümayəndələrinin Avropa Parlamenti binasında keçirilən tədbirdə iştirakının və çıxışının qarşısı alınıb.