Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.
Unikal.org-un xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 20 məsələ daxildir.
Toplantıda Miqrasiya, Cinayət, İnzibati Xətalar, Mülki Prosessual, İnzibati Prosessual məcəllələrinə əlavə və dəyişikliklərə baxılacaq.
Bundan başqa, "Banklar haqqında, "Poçt haqqında, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında, "Məhkəmələr və hakimlər haqqında, "Məhkəmə - Hüquq Şurası haqqında, "Mədəniyyət haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında və s. qanunlara dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.