Prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Unikal.org-un xəbərinə görə, qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik edilib.
Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar, əsasən, mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir.
Məcəlləyə "azadlığın məhdudlaşdırılması cəzası əlavə edilib. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib.
Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük təhlükələr törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.