Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən məlumatına görə, rayonun Bulaqlı kəndi ərazisində "Qazel markalı avtomobillə "KamAZ markalı avtomobil toqquşub.

Nəticədə iki nəfər ağır xəsarət alaraq Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.