Xəbə verdiyimiz kimi, Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb. Qatardan qaçan məhbuslar - 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.
Unikal.org-un əldə etdiyi məlumata görə, qatardan qaçan 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağami kriminal aləmin üzvlərindəndir.
Belə ki, 2015-ci ildə Şirvanda kriminal "razborka zamanı bir nəfəri güllələyib. 2015-ci il noyabrın 5-də gecə saat 23.00 radələrində Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan ürək nahiyəsindən açılan atəşlə qətlə yetirilib. Belə ki, kafenin otağında Elvin Nəciyev "Makarov" tipli tapançadan Zaur Sarıbalayevə atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Əli Ağami isə "Makarov tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Sonuncu Şirvan şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, Şirvan şəhər sakinləri - qətli törədən 1989-cu il təvəllüdlü Ağami Əli Rasim oğlu Samur sərhəd-keçid məntəqəsini yeni pasportla keçərkən saxlanılıb. Belə ki, həmin pasportda onun ad və soyadı Ağami (anasının qızlıq soyadı) Əli Rasim oğlu, əvvəlki ad və soyadı isə Abdulla Hüseynov olub. O da məlum olub ki, cinayətdə istifadə olunan "Makarov tapançasını Əli Ağamiyə silahlı insidentlə əlaqədar saxlanılan Tural Salmanov verib.