Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah İtaliyaya işgüzar səfərə gedəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, səfərdə məqsəd ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan "Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq adlı konfransda iştirak etməkdir.
Tədbir çərçivəsində nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra rəsmilərlə ikitərəfli görüşləri nəzərdə tutulub.
Səfər oktyabrın 25-dək davam edəcək. .