Hacıqabulda evə basqın olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da şəhər sakini Qızqayıt Vəliyevanın həyətinə qarət məqsədi ilə girib onu və qızı Rəhiməni bıçaqla hədələyən, lakin səs-küy yarandığından istədiklərinə nail ola bilməyib, hadisə yerindən qaçmaqda şübhəli bilinən şəhər sakini Şamxal Şirinov tutulub, digər 1 nəfər isə müəyyən edilib. Evə basqın edən şəxslər maskalı olublar.