İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli Azərbaycana səfər edəcək.
Unikal.org xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi APA-ya deyib.
Bildirib ki, nazirin Bakıya noyabrın 2-də gəlməsi gözlənilir.
Səfər zamanı bir sıra görüşlər keçirilməsi nəzərdə tutulur.