Qoç - yarımçıq qalmış işləri başa vurun. Bu gün bir neçə təklif ala bilərsiniz. Aldanmayın, həmin təkliflər ciddi deyil. Yaxın günlərdə sayı çox olacaq ideyaların dəyərləndirilməsinə ehtiyac duyulacağını bilin.
Ünsiyyətdə səbrli və təmkinli olun, çərçivəni daraldın. Gələcəyiniz üçün önəmli görüşü müəyyənləşdirib fəallıq edin.
Tərəfdaş və ya şəriklə münasibətlərdə yeni məqamlar yaranır. Həssas olun, unudulmasına ehtiyac duyulan "xatirə"ni qabartmayın, əməkdaşlığın daha məhsuldar variantını arayın.
Buğa - hər şey plana uyğundur və nizamı pozmamaq üçün yaşam axarına aktiv müdaxilə etməyin. Ünsiyyət, danışıqlar və yazışmalarda önəmli məqamlar yaranacaq.
Kollektiv və ya sizinlə həmfikir olan insanlar yeni işə başlamaq üçün təkan verəcəklər.
Tələsməyin, yeni plan hazırlayın. Yenilikləri yalnız təbii məcrada inkişaf edən hadisələrin təsiri altında reallaşdırın.
Eyni vaxtda bir neçə işlə məşğul olmağınız gərəkdir.
Əkizlər - işlə bağlı məsələlərin, o cümlədən çətin problemlərin həlli üçün uğurlu gündür. İşgüzar intuisiyanız çox kəsərli və iti olacaq.
Dürüst qərarları tez qəbul edin. Bədxah və rəqiblərinizə məkrli planları həyata keçirməkdə "yardımçı" olmayın: sərvaxt davranın, sadəlövh addımlar atmayın.
Danışıqlar və sövdələşmələr, müzakirə və təhlillər uğurlu alınacaq.
Xərçəng - hisslər və hissiyat günüdür. İntuisiyanızı işə salın, yaşamınızdakı qəfil dəyişiklikləri anlamağa çalışın.
Bu yeniliklərin perspektivdə işlərə təsir miqyasını dəyərləndirməyə cəhd göstərin. Gərgin təmaslar, emosiyalı ünsiyyət, xoşagəlməz hadisələr anlaşılmazlıq yarada bilər. Amma bütün bunlarla yanaşı, fikirlərinizi dürüst istiqamətə yönəldin və problemləri tədricən həll edin.
Yeni simalar görmək üçün müxtəlif yerlərdə olun. İnformasiya arayırsınız, amma sırf praktik məqamlarla maraqlanın.
Şir - sizin gününüzdür. Proseslərin tempini siz müəyyənləşdirirsiniz. Yaxın ətrafınızdakı insanlar da o axına riayət etmək məcburiyyətində qalırlar.
İstənilən situasiyada aktiv hərəkət etmək bacarığına malik olun. İşgüzar məsələlərin müzakirəsində, tapşırıq və ya sifarişin qəbul olunmasında təfərrüatlara, şərtlərə və vədlərə fikir verin.
Laqeyd olmayın.
Qız - son vaxtlar işlərinizə dəfələrlə müdaxilə edən, planlarınızı pozmağa çalışan xoşagəlməz insanla qarşılaşacaqsınız. Təbii ki, belə görüş sizdə ruh yüksəkliyi yaratmayacaq.
Qıcıq və sinirin öhdəsindən gəlməyə, batininizdəki müvazinəti bərpa etməyə vaxt gərəkdir.
Günün ikinci yarısında problemlə qarşılaşa bilərsiniz.
Eksperimentlər və sınaqlar vaxtı deyil, sınanmış metodlardan istifadə edin.
Yorucu, ağır iş görməyin. Orqanizminizi sınağa çəkməyin.
Tərəzi - həyatınızda önəmli hadisə baş verir. Aktiv olun, yeni ideyaları saf-çürük edərək konkret addımlar atın.
Dərhal hansısa məkana yollanmaq və mühüm söhbət etməklə bağlı intuisiyanız sizə xəbərdarlıq edirsə, planları dəyişin.
Yazışmalarda ləng olmayın.
Daxili gərginlikdən qurtulmaq, hansısa məsələdə müəyyənliyə nail olmaq imkanları var. Sizi narahat edən suala cavab alacaqsınız.
Bəzi məqamlar kökündən dəyişəcək. Bütün imkan və əlaqələrdən yararlanaraq irəliləyin.
Əqrəb - seçdiyiniz yolun nə qədər doğru olduğunu bu gün aydın hiss edəcəksiniz. Perspektivləriniz üçün böyük önəm daşıya biləcək işlərdə aktiv iştirak edin. Əks təqdirdə bədxahlarınızın başladığı intriqaya qatılmalı olacaqsınız.
Yeni qərarlarınızı açıqlamayın. Əksər hissəsini yerinə yetirdiyiniz işlərin bitdiyini iş yoldaşınız, şərikiniz və ya rəhbərliyə bildirin.
Tələbləriniz və ya ehtimallarınızın yaratdığı suallara cavab alacaqsınız.
Oxatan -sadə gün deyil. Yeni işlərə başlamaq, layihəyə start vermək, müttəfiqlər axtarmaq üçün düşərli zaman deyil. Aktiv çalışın, uzun-uzadı istirahət etməyin.
İmiclə eksperimentlər etməyin. Allergik reaksiya riski var.
Əks cins mənsubu ilə ixtilaf yarana bilər. Alış-verişdə bədxərcliyə qapılmayın.
Axşam saatlarında kiçik səfərə, təbiət qoynuna yollanmaq olar.
Oğlaq - məqsədə aparan yolda səd və maneələr az olmayacaq. Amma səbrli, təmkinli davranaraq yaşam prinsiplərinizə sədaqətli qalsanız, çətinlikləri dəf edə bilərsiniz. Yeni işlər və ya riskli əməliyyatlarda iştirak maliyyə imkanlarınıza zərbə vura bilər. Praktiki, istehsala yönəlmiş fəaliyyət əhəmiyyətli nəticələr verəcək. Mübahisələrə qatılmayın. Dartışmalarda və fikir toqquşmalarında üstün gəlmək praktiki olaraq mümkün deyil. Belə qələbənin xeyri də yoxdur.
Günün ikinci yarısında məişət problemləri ön plana çıxacaq. Rahatlığın və yaşam arealının komfortunun təminatı xərc tələb edəcək.
Dolça - mühüm məsələlərin həlli üçün uğurlu gündür. Uzunmüddətli planlar qurmaq, onların həyata keçirilməsinə başlamaq olar. Məhsuldar və effektiv çalışın. Liderlik məziyyətlərinizi nümayiş etdirərək başqalarını da işdə aktiv çalışmağa sövq edin.
Günün ikinci yarısında maliyyə çətinlikləri yaranacaq. Lakin narahat olmayın: problemlər müvəqqətidir. Situasiya az sonra stabilləşəcək.
Axşam saatları normal istirahət edin.
Balıqlar - günün maraqları, şərtləri və qayğıları sizdən aktiv, hətta həddən ziyadə aktiv davranış tələb edir. Sizi bir an da boş buraxmaq istəmirlər: çox adama gərəksiniz. Kiməsə yardım edəcəksinizsə və ya artıq edibsinizsə, minnətdarlıq gözləməyin. Tanıdığınız insanlar indi öz şəxsi məsələlərinin həlli ilə məşğuldurlar.
Tanışlar və həmkarlar problemlərin həllində kreativ yanaşma nümayiş etdirirlər.
İnformasiya, yazışma, planların dəqiqləşdirilməsi üçün yaxşı vaxtdır.
Milli.Az