Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb.
Unikal.org xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.
Bu vəzifənin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.
Nəzərinizə çatdıraq ki, S.Ələkbərov həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidentidir.
Qeyd edək ki, nazir Fazil Məmmədovun qızı ilə Namiq Əliyevin oğlu ailə həyatı qurublar.