Oktyabrın 19-da Hacıqabul rayon sakini Qızqayıd Vəliyeva və ailə üzvlərinin yaşadığı mənzilə iki nəfər maskalı şəxsin bıçaqla hücüm edərək quldurluq edib.
Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, cinayətin rayon sakinləri - Yusif Abasov və Şamxal Şirinov tərəfindən törədildiyi müəyyən edilib və adları çəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Hacıqabul RPŞ-nin müstəntiqi Babək İbrahimbəyli bildirib ki, evə basqın etməyi zərərçəkənlərin qonşuluğunda yaşayan Y.Abasov təklif edib: "Hadisə zamanı isə ev sahibinin azyaşlı nəvəsi onun üzündə olan maskanı çıxardıb. Bu səbəbdən Y.Abasov tanınacağından qorxaraq Ş.Şirinovla birgə evdən qaçaraq hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.