"Avtorevyu nəşri "Lada 4×4 - daha çox "Niva adı ilə tanınan yolsuzluq avtomobilinin növbəti nəslinin yaradılması üzərində işlərin gedişi haqqında məlumat yayıb.
Unikal.org avtoreyd.az-a istinadən bildirir ki, daha əvvəl yer alan şayiələr təsdiqlənib. Belə ki, "Niva "Reno Daster krossoverinin platformasında yaradılacaq.
Yeni yolsuzluq maşını 1.6 litr həcmli "Nissan HR16in benzin motoru ilə təchiz ediləcək. Transmissiya ilə bağlı hələ ki müəyyənliklər yoxdur.
İlkin məlumata görə, növbəti nəsilin "Nivası ilk dəfə 2021-ci ildə işıq üzü görəcək.