Vəkil Təranə Əliyeva "Lotu Quli kimi tanınan Nadir Səlifovun azadlığa çıxması ilə bağlı məlumatlara münasibət bildirib.
Unikal.org report-a istinadən xəbər verir ki, N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə ötən gün azadlığa çıxıb.
Vəkil qeyd edib ki, "Lotu Quli" hazırda Gürcüstandadır: "Onun səhhətində problemlər var".
Xatırladaq ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. Onun ötən gün Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığı yayılmışdı.