Bu gün Bakı Apellyasiya Məhkəməsində bankdan kredit götürmüş şəxsin zamin qismində göstərdiyi Lalə Bunyatovanın həbsi ilə bağlı qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.
Bu barədə Unikal.org-a vəkil Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, Sabunçu Rayon Məhkəməsinin həbs qərarı ləğv edilib və iş geri qaytarılıb. Qərarın ləğv olunması birinci instansiya məhkəməsinin hökm çıxaran zaman düzgün araşdırma aparmaması ilə əsaslandırılıb.
L.Bunyatova məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev "ATA" bankdankredit götürmüş şəxsin zamin qismində göstrilmiş Lalə Bunyatova barəsində 10 gün müddətinə azadlıqsan məhrumetmə qərarı çıxarıb.