Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasında 17 nəfər liftdə qalıb.

FHN-dən unikal.org-a verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar.

Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər.

16:28

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş verib.