Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasında 17 nəfər liftdə qalıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar. Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər.
Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş verib.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov Unikal.org-a deyib ki, liftdə 17 nəfər deyil, 4 nəfər qalıb: "Liftdə ümumi elektrik verlişinin dayandırılması səbəbindən baş verib. Hadisə baş verdiyi an FHN çağrılıb. FHN əməkdaşları 17 nəfəri deyil, 4 nəfəri liftdən çıxarıb. Yalan deyirlər".