Bakı-Qazax magistralında sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, yolun Qazaxbəyli kəndi ərazisində hərəkətdə olan "KİA" markalı maşın ulağı vurub, idarəetmə itdiyindən avtomobil yolun kənarına aşıb.

Qəza zamanı sürücü, Ağköynək kənd sakini, 1987-ci il təvəllüdlü Ədalət Mustafayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.