Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org-un APA-ya istinadən xəbərinə görə, Şirvan şəhəri Heydəri Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Qazax rayon sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.
Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib.
S. Məmmədlinin tanınmış jurnalist olduğu, Şirvanda bölgə müxbiri kimi fəaliyyət göstərdiyi bildirilir.