Bakı-Qazax magistral yolunda piyadanı avtomobil vurub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini 2001-ci il təvəllüdlü Babayev Rəşad Eldəniz oğlu yolu keçən zaman "Mercedes markalı avtomobil onu vurub. 16 yaşlı yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.