Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü rayon sakini Abbasova Aysel Şahin qızı anası ilə yol kənarında gedərkən qəfil özünü "Qazel" markalı yük avtomobilinin qarşısına atıb.

O, müxtəlif bədən xəsarətləri ilə dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.