Lerik rayonunda yaşayış evi uçub.
Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Pirzəkücə kəndində 59 yaşlı Fərziyeva Xanımnisə Hənifə qızına məxsus evin bir otağının divarları uçub. Kənd sakinlərinin bildirdiyinə görə ev hələ 7-8 il əvvəldən qəzalı vəziyyətdə olub. Lakin, 4 nəfərlik ailənin başqa sığınacağı olmadığından bu evdə yaşayıblar. Hadisə bu gün səhər saatlarında baş verib. Evin bütün əşyaları uçqun altında qalsa da, xoşbəxtlikdən sakinlərdən xəsarət alan olmayıb.
Hadisə ilə bağlı əlaqədar qurumlara məlumat verilib.