Xaldan-Mingəçevir yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, günorta saatlarında Yevlaxın Əkşəm kəndi ərazisində "Nissan X Trail markalı, 90 ON 305 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Deformasiyaya uğrayan avtomobilin sürücüsü, 1942-ci il təvəllüdlü Baxışov Ziyəddin Mirəli oğlu və onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Həsənova Səfurə Kərəm qızı xəsarət alıblar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər xəsarət alan şəxsləri avtomobildən çıxarıblar. Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.