18 yaşlı Xaçmaz sakini Həmdulla Xəlilov metal tullantılarından və müxtəlif məişət əşyalarının hissələrindən istifadə etməklə mini traktor düzəldib.
Unikal.org azertac- istinadən xəbər verir ki, Nərəcan kəndində yaşayan gənc mini traktorun hazırlanmasına bir ay vaxt sərf edib.
Traktorun sürət qutusu və təkərləri "Jiqulinin, motoru isə su nasosunundur. Saatda 50 kilometr sürətlə hərəkət edə bilən mini traktorun qoşqusu da var. Gələcəkdə traktora otbiçən qurğu və kotan da qoşmaq mümkün olacaq.
Xəlilovlar ailəsi traktordan meyvə və ot daşınmasında istifadə edir.
Xaçmazlı gəncin hazırladığı traktor digər texnikalardan daha az yanacaq işlədir.
Gənc ixtiraçıya 2 min manat təklif olunsa da, o, traktorunu satmayıb, onu daha da təkmilləşdirmək niyyətindədir