Bakının Binəqədi rayonu ərazisində qadını maşın vurub.

Unikal.org report.az-a istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsinin Mikayıl Mikayılov küçəsində qeydə alınıb.

1990-ci il təvəllüdlü Paşayeva Elnarə Ramiz qızı övladını oxuduğu 301 saylı orta məktəbdən gətirən zaman onu minik avtomobili vurub. Yaralı qadın xəstəxanaya yerləşdirilib.

Hadisə barədə Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.