Xəbər verdiyimiz kimi, İstanbulda öldürülən azərbaycanlı "qanuni oğru Rövşən Canıyevin (Lənkəranskinin) qəbirüstü abidə-heykəli qoyulub. Sosial şəbəkələrdə Rövşən Canıyevin qəbirüstü abidəsi qoyulan zaman, guya ətrafda olan bir neçə qəbirlər oradan köçürülüb və bəzilərinin isə dağıdılması ilə bağlı söz-söhbətlər yaılır.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsinin Lənkəran üzrə nümayəndəsi, axund Hacı Sədi Unikal.org-a bildirib ki, yayılan xəbərlər yalandır:
"Birincisi, Rövşən Canıyevin məzarı üçün torpaq yerinin ayrılmasında şəxsən özüm iştirak etmişəm. Qəbiristanlıqda boş olan sahədə mərhumun məzarı üçün yer ayrılıb. Ən yaxın qohumumun məzarı da oradadır. Qardaşımın yoldaşının qəbri Canıyevin məzarının yaxınlığında yerləşir. Əgər belə bir hal olsaydı, mənim də xəbərim olardı. Heç kim belə təxribat xarakterli məlumat yaymamalıdır. Canıyevin ailəsi elə adamlardır ki, kimin qəbrinə ziyan dəysəydi, dərhal kompensasiya ödəyərdilər. Amma belə bir hadisə baş verməyib.