Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən 9 mərtəbəli 24/34-cü yaşayış binasının həyətində ağaclar qırılaraq yerinə obyekt tikilib.

Bu barədə Unikal.org-a həmin binada yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, Nəsimi Rayon İcra Hakimiyyətinin icazəsi ilə binanın qarşısında söküntü işləri həyata keçirilib. Sözügedən ərazidə iri obyekt tikilib. Sakinlər həmin obyektin nə kimi fəaliyyət göstərəcəyindən xəbərsizdir.
Sözügedən obyekt binaların həyətinindəki kəsilən ağacların yerində tikilib.

Qeyd edək ki, həmin ərazi bina sakinlərinin yay aylarında dincəlməsi üçün istirahət guşəsi olub.

Xatırladaq ki, Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu dəfələrlə bildirib.

Orxan Həsənli