Milli Şura Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirir.
Unikal.org "Reporta istinadən məlumatına görə, aksiyaya Milli Şura üzvləri, müxalifətyönlü təşkilatların tərəfdarları və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli, Şuranın üzvləri Gültəkin Hacıbəyli və və Oqtay Gülaliyev çıxış edəcəklər.
Mitinqlə əlaqədar hüquq mühafizə orqanları təhlükəsizlik tədbirlərini gücləndiriblər.