Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Kəngərli rayonunun Qıvraq qəsəbəsində "VAZ 2107" markalı avtomobil yola çıxmış 4 yaşlı oğlanı vurub. Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, qəzaya azyaşlının nəzarətsiz qalması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.