Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Reporta istinadən  xəbər verir ki, hadisə şəhərin Samux küçəsində, "Texniki Rezin" ASC-nin qarşısında qeydə alınıb.

Qəza zamanı "VAZ-21010 markalı avtomobil "Nissan X Trail markal maşınla toqquşub. Nəticədə "VAZda olan sürücü və bir sərnişin - 1982-ci il təvəllüdlü şəhər sakini Ələkbərov Kamil İbrahim oğlu və 1987-ci il təvəllüdlü Yevlax rayon sakini Səfərova Lətafət Vasif qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırma aprılır.