Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək "Eurovision - 2108" mahnı müsabiqəsində 43 ölkənin təmsilçisi iştirak edəcək.
Unikal.org "Report-a istinadən xəbər verir ki, beynəlxalq müsabiqədə iştirakını təsdiq etmiş ölkələr bunlardır: Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Rusiya, Rumıniya, San-Marino, Sloveniya, Serbiya, Ukrayna, Finlandiya, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya.
Həmçinin böyük beşlik ölkələri - İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya və Fransa 2017-ci ildə "Eurovision"un qalibi olmuş Portuqaliya ilə birgə birbaşa final mərhələsində iştirak edəcək.
Bu il Ukraynada keçirilən mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.