Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.
ANAMA-dan unikal.org-a verilən məlumata görə, oktyabrın 29-da partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 110 ədəd partlamamış hərbi sursat (PHS), 45 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 000 kq yandırma məhsulu aşkar edilərək götürülüb.
Nəticə etibarilə 754 350 kv.m (75.44 ha) ərazi yoxlanılıb.