Gəncədə qadın özünü asaraq intihar edib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Qırmızı kənd adlanan yaşayış massivində qeydə alınıb.

Həmin ərazidə yaşayan 1988-ci il təvəllüdlü Pərvin Əzizova yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, P. Əzizova həyat yoldaşından boşanıb və bir övladı var. Hadisə zamanı evdə heç kim olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.