Bakıda intihar hadisəsi baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində 2000-ci il təvəllüdlü Ağayev Kənan Bahəddin oğlu özünü yaşadığı evdə iplə asıb.

Bildirilir ki, hadisə vaxtı 17 yaşlı Kənan evdə tək olub. Onun ata-anası axşam saat 10 radələrində evə gələndə Kənanın asılı vəziyyətdə qalmış meyiti ilə qarşılaşıblar.

İntiharın səbəbi hələlik tam dəqiqləşməsə də, orta məktəbi yarımçıq tərk edən Kənanın psixoloji problemlərinin olduğu bildirilir.


Faktla bağlı cinayət işi açılıb.