Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Marneulidə saxlanılan 1990-cı il təvəllüdlü İ.M. adlı şəxsin avtomobilində "Kalaşnikov avtomatı, 2 daraq və 50 patron aşkarlanıb. Saxlanılan şəxsin 2014-cü ildən İnterpolun "qırmızı xətti ilə axtarışda olduğu müəyyənləşib. O, qətl törətməkdə günahlandırılır.
Gürcüstan DİN dövlət sərhədini qanunsuz keçmə və qanunsuz silah saxlama maddələri ilə istintaq aparır.