Tovuz rayonunda yol kənarında yaralı vəziyyətdə tapılan qadın yerləşdirildiyi xəstəxanada ölüb.

Unikal.org  report-a istinadən xəbər verir ki, rayonun Azaflı kənd sakini, Elnarə Həsən qızı Həsənova yaralı vəziyyətdə yol kənarında aşkarlanıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Onun hansı şəraitdə ağır hala düşdüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.