"Bu ilin əvvəlindən indiyədək insan və vətəndaş hüquqlarının pozulması faktlarına görə daxili işlər orqanlarında 341 əməkdaş cəzalandırılıb, o cümlədən 20 nəfər xidmətdən xaric edilib, 38 nəfər tutduğu vəzifədən azad olunub, 283 əməkdaşa digər intizam tənbehləri verilib.
Unikal.org-un məlumatına görə, bunu daxili işlər naziri general-polkovnik deyib. O bildirib ki, şəxsi heyət dən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdıraraq müvafiq tədbirlər görür.