Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin iştirakçıları üçün ziyafət verilib.
Unikal.org xəbər verir ki, ziyafətdə Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər iştirak ediblər.