Ağcabədidə maye qaz doldurma məntəqəsində baş verən partlayışda ölən və yaralananın kimliyi məlum olub.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, partlayış zamanı yanacaqdoldurma məntəqəsinin sahibi, 64 yaşlı Cəfərov Nahid İsa oğlu Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
"18 BG 546 dövlət nömrə nişanlı "ZİL markalı yük maşının sürücüsü, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsirov Gülhüseyn Əlihüseyn oğlu yanıq xəsarəti ilə Ağcabədi Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yanacaqdoldurma məntəqəsində propan qazı daşıyan maşından maye qazın çənlərə boşaldılması zamanı yaranan texniki nasazlıq olub.
Ağcabədi rayon Prokurorluğu və FHN-nin Qarabağ Regional Mərkəzinin əməkdaşları hadisə yerində araşdırma aparır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerində başqa şəxslərin olması ehtimalı araşdırılır.
xxx
Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində yanğın olub.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.
Hadisə rayonun Boyad kəndində baş verib.
İlkin məlumata görə, çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb. Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb.
Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.