Astara rayonunda 32 yaşlı qadının üzərinə ağac aşıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Motlayataq kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Şəfa Ziyabəddin qızı Əliyevanın üzərinə baş vermiş qısamüddətli güclü külək səbəbindən ağac aşıb.
O, təcili olaraq Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Yaralının vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.