AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərliyində dəyişiklik edilib.
Unikal.org-un məlumatına görə, departamentin rəisi Mikayıl Nərimanoğlu müxtəlif komitələrdə koordinator vəzifəsinə təyin olunub.
Həmin komitələrin adları yaxın günlərdə açıqlanacaq. Əvəzində vakant post müvəqqəti olaraq, Firuz Abdullaya həvalə edilib.
Daha əvvəl Mikayıl Nərimanoğlu "Kəpəz"in Müşahidə Şurası üzvlüyündən geri çağırılıb.