Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Tovuz rayon sakini, 1979-cu il təvəllüdlü Cəfərova Mahirə Səfər qızı avtobusdan düşüb yolu keçmək istəyərkən "KamAZ markalı yük maşını tərəfindən vurulub.

Xəstəxanaya yerləşdirilən qadının həyatına təhlükə olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.