Cəlilabad rayonunun Göytəpə kəndində intihar hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Bəhramova Gülnar Aydın qızı özünü yaşadığı evdə iplə asıb.
Hadisə ailə münaqişəsi zəminində qeydə alınıb.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.