Fövqəladə Hallar Nazirliyi Daşkəsən rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb.

Unikal,org nazirliyin saytına istinadən verdiyi xəbərə görə, rayonun Dəstəfur kəndində 8 ha meşə ağacları və kol-kos yanıb. Meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.